Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahib Məmmədov qanunvericiliyin 8 saatlıq iş tələbindən danışır

© Photo : Facebook / Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, dövlət sekotrunda, büdcədən maliyyələşən təşkilatlarda iş rejiminə az-çox əməl edilir
Sahib Məmmədov: “Qeyri-formal əməyin ləğvinə yönələn tədbirlər görülməlidir”

“Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”. Bu ашлкш “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan qanunvericiliyinə görə, gündəlik iş saatı 8, həftəlik isə 40 saatdan artıq ola bilməz:

“Ölkədə işləyənlərin əksəriyyəti ilə əmək müaviləsi bağlanmayıb, ən yaxşı halda mülki-hüquqi müqavilə var. Dövlət sekotrunda, büdcədən maliyyələşən təşkilatlarda iş rejiminə az-çox əməl edilir. Özəl sektorda isə 8 saatlıq iş bir yana, bayram və istirahət günləri iş dayandırılmır. Bunun üçün qeyri-formal əmək bazarının ləğvinə yönələn tədbirlər görülməlidir. Əmək münasibətlərinin düzgün qurulması əmək müqaviləsindən başlayır”.

Sahib Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0