03:35 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Saxtakarlıq edənlər cəzalandırılmalıdırlar – Məhərrəm Zülfüqarlı danışır

RADİO
Qısa URL
Növbədənkənar parlament seçkiləri (94)
144 0 0

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, başqa dairələrdə də nəticələrin ləğv edilmə ehtimalları qalmaqdadır

“Yenə sosial şəbəkələri də, daxil olan müraciətləri də araşdıracağıq. Bizə hələ poçtla da müraciətlər gələ bilər. Hesab edirəm ki, biz seçkilərə yekun vura biləcəyik”. Bunları Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, bəzi seçki dairələrinin ləğv edilmə ehtimallarını qeyd etmişdi: “Çünki Azərbaycan seçki təcrübəsində bu var. İndi 4 dairənin nəticələri ləğv edilib, 19 dairədə də yoxlamalar aparılır. Başqa dairələrdə də nəticələrin ləğv edilmə ehtimalları qalmaqdadır. Dairə nəticələrinin ləğv edilməsi ilə iş bitmir, eyni zamanda saxtakarlığı edənlər cəzalandırılmalıdırlar”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Mövzu:
Növbədənkənar parlament seçkiləri (94)

Əsas mövzular