Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert TANAP haqqında: ölkəmizin investisiya cazibədarlığı artacaq

© © Facebook / Fuad Ibrahimovİqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq
Fuad İbrahimov: “Bütün layihələrimizi iqtisadi dövriyyəyə cəlb etməyi bacarmışıq”

“Bu ildən TANAP Azərbaycana gəlir gətirməyə başlayacaq”. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan müstəqillik dövründə artıq üç böyük layihəni həyata keçirib: “Bu layihələr regional meqa layihələrdir. Hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın investisiya cazibədarlığını artıracaq. Biz ilk üç layihəmizi iqtisadi dövriyyəyə cəlb etməyi bacarmışıq. Bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0