SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Suriyadakı gərginlik müharibəyə çevriləcəkmi – politoloq şərh edir

Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, Suriya rejimi bu əməliyyatlarla özünə müxalif olan qüvvələri bölgədən çıxarmaq məqsədi güdür
Ramiyyə Məmmədova: “Əsəd Türkiyənin geri çəkilməsini istəyir”

Suriyada Bəşşar Əsədə sadiq qüvvələr İdlibə havadan hücum edib. Nəticədə 3-ü uşaq, 3-ü isə qadın olmaqla, ümumilikdə, 7 dinc sakin ölüb.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, artıq Rusiya və Türkiyə arasındakı Suriya anlaşması masa üstündə qalıb:

“Türkiyə hərbçilərinin ölümü Əsəd rejiminin ismarıcıdır. Əsəd Türkiyənin əməliyyatları dayandırıb geri çəkilməsini istəyir. Suriya rejimi bu əməliyyatlarla özünə müxalif olan qüvvələri bölgədən çıxarmaq məqsədi güdür. Suriya vətəndaşları Türkiyə sərhəddinə axın edirlər. Bu, Türkiyəni çətin vəziyyətə salıb. Əsəd rejimi istəyinə çatmadıqca, gərginlik azalmayacaq”.

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0