Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qolobal iqlim dəyişikliyi Azərbaycana necə təsir edir – mütəxəssis rəyi

Abunə olmaq
Aqrar Elm və İnnovasiya Mərkəzinin böyük mütəxəssisi Yaqub Quliyev deyir ki, dünyanın bu problemlərlə üzləşməsində insan faktoru önəmli rol oynayır
Yaqub Quliyev: “Azərbaycan quraqlıq üzündən ciddi problemlərlə üzləşib”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri və həll yolları mövzusunda danışıblar.

Aqrar Elm və İnnovasiya Mərkəzinin böyük mütəxəssisi Yaqub Quliyev deyib ki, iqlim dəyişikliyi qaçılmaz prosesdir və hazırda bir çox ekstremal hadisələrə səbəb olur:

“Dünyanın bu problemlərlə üzləşməsində insan faktoru önəmli rol oynayır. İstixana qazlarının həcminin yolverilən həddən artıq olması iqlim dəyişikliklərinə səbəb olub. Kənd təsərrüfatında bununla bağlı tədbirlər görülməsə ciddi fəsadlar baş verəcək. Ona görə də kənd  təsərrüfatının ekologiyaya vurduğu zərərin miqdarı azaldılmalıdır. Hazırda Azərbaycan iqlim dəyişikliklərinin yaratdığı quraqlıq üzündən ciddi problemlərlə üzləşib”.

Yaqub Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0