CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban Yetirmişli: “Türkiyədəki zəlzələnin Azərbaycana təsiri ola bilməz”

© Sputnik / Murad OrujovRespublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, Azərbaycanda hər gün təkanlar olur
Azərbaycanda şiddətli zəlzələ olacaqmı – Baş seysmoloq açıqladı

“Azərbaycanda yaxın zamanlarda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ və Malatya şəhərlərində 6.8 bal gücündə baş verən zəlzələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: “Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Amma təbii ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki burada ən azından məsafə amili var”.

Qurban Yetirmişlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0