Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xəzərdə suyun səviyyəsinin düşməsi təhlükəlidirmi – professor şərhi

© Sputnik / Murad OrujovProfessor Çingiz İsmayılov
Professor Çingiz İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyir ki, Xəzərdə suyun səviyyəsi Volqa çayından daxil olan suyun həcmindən asılıdır
Çingiz İsmayılov: “İstiləşmə prosesi səviyyənin dəyişməsinə təsir edir”

“Xəzərdə suyun səviyyəsindəki azalmalar qlobal iqlim dəyişikliyi ilə bağlıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyib.

Professor bildirib ki, Xəzərdə suyun səviyyəsi Volqa çayından daxil olan suyun həcmindən asılıdır: “Xəzərə daxil olan suyun həcminin 80 faizi Volqa çayının payına düşür. Bu baxımdan, səviyyə düşürsə, bu daxil olan suyun həcminin azaldığını göstərir. Digər tərəfdən, istiləşmə prosesi də səviyyənin dəyişməsinə təsir edən amillərdəndir. Bu dəyişmə prosesi mütəmadi baş verdiyinə görə, sakit qarşılamaq lazımdır, narahatlığa əsas yoxdur”.

Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0