00:18 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

SOCAR-ın “LUKoil”lə imzaladığı memorandum nə vəd edir – ekspert şərhi

RADİO
Qısa URL
115 0 0

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, ölkənin neft sənayesinə xarici investisiyaların cəlb edilməsi ümidvericidir

Yanvarın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətlərinin yüksək olmadığı bir dövrdə bu addımlar ölkənin neft sənayesinə xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir: “Bütün bunlar yaxşı və ümidverici xəbərlərdir. Çünki kəşfiyyat layihələrində risklər böyükdür və 2014-cü ildən bu yana hər şirkət bu sahəyə investisiya etmir. Belə bir təcrübəli şirkətin Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığını alqışlamaq olar”.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular