10:13 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Azərbaycan Davosda nə qazandı - politoloq şərh edir

RADİO
Qısa URL
74 0 0

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu platforma Qarabağ münaqişəsini beynəlxalq aləmə izah etmək üçün əlverişlidir

Elxan Şahinoğlu: “Davos Azərbaycan üçün əhəmiyyətlidir”

“Davos İqtisadi Forumu bir neçə istiqamətdən Azərbaycan üçün əhəmiyyətlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin keçirdiyi bütün görüşlərdə qarşılıqlı əlaqələrin faydaları müzakirə edildi: “Digər tərəfdən, bu plaforma Qarabağ münaqişəsini beynəlxalq aləmə izah etmək üçün əlverişlidir. Budəfəki forum Azərbaycan üçün ona görə faydalı oldu ki, gələn ildən Davosun bir ofisi Bakıda açılacaq. Bu, regionumuzda Azərbaycanla əməkdaşlığa verilən önəmi göstərir. Bu il trendlər fərqlidir. Azərbaycan istəyir ki, siyasi sabitlikdən istifadə edərək iqtisadiyyatını inkişaf etdirsin”.

Qeyd edək ki, yanvarın 20-dən 24-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular