Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İpoteka Fondunun rəsmisi satışa çıxarılan kirayə mənzillərdən danışır

© © Facebook / Yeganə Laçınzadəİpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova - Sputnik Azərbaycan
Abunə olmaq
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova deyir ki, yaşayış sahələri əsas sosial infrastruktur obyektlərinə çıxış imkanları ilə təmin edilib
Yeganə Ramazanova: “Mənzil fondu sorğu əsasında formalaşdırılıb”

“Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova deyib.

 “Mənzillər yeni tikinti materiallarından istifadə edilməklə təmir edilib, qaz, su, enerji xətləri ilə tam təchiz olunub. Yaşayış sahələri əsas  sosial infrastruktur obyektlərinə çıxış imkanları ilə təmin edilib. Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınaraq satışa çıxarılıb. Növbəti mərhələdə də əhalinin tələbləri nəzərə alınaraq mənzillərin satışı gerçəkləşdiriləcək”, – Y.Ramazanova bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Yanvarın 22-dən etibarən mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanıb.

Yeganə Ramazanovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0