16:19 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq Berlin konfransı haqqında: istənilən nəticələr tam olaraq əldə olunmadı

RADİO
Qısa URL
98 0 0

Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə və Rusiyanın bu məsələdə razılığa gəlməsini müsbət nəticə kimi qeyd etmək olar

Ramiyə Məmmədova: “Razılaşmaya necə əməl olunacağı sual altındadır”

“Berlin konfransında əsas aktorlar Türkiyə və Rusiya idi”. Bunu Sputnik Azərbaycan-a Berlində Liviya məsələsi ilə bağlı keçirilən konfransı şərh edərkən politoloq Ramiyə Məmmədova deyib.

Politoloq bildirib ki, Berlin konfransında istənilən nəticələr tam olaraq əldə olunmadı:

“Konfransda tərəflər arasında atəşkəsin qorunması və onlara silah satılmaması razılaşdırıldı. Ancaq buna necə əməl olunacağı sual altındadır. Əsas məsələlərdən biri Türkiyəni Liviya məsələsindən uzaq tutmaqdır. Bu məsələdə bir neçə dövlət Türkiyəyə dəstək verir. Türkiyə və Rusiyanın bu məsələdə razılığa gəlməsini müsbət nəticə kimi qeyd etmək olar”.

Yanvarın 19-da başa çatan Berlin konfransında Liviyada döyüşən tərəfləri himayə etməmə barədə razılaşma əldə edilib.

Əsas mövzular