10:22 21 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: "Mərkəzi Bankın siyasəti kəskin şəkildə dəyişdirilməlidir"

RADİO
Qısa URL
28 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bank sektorundakı vəziyyət milli iqtisadiyyatın başlıca problemləri kimi səciyyələndirilməlidir

"Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək". Bunu Prezident İlham Əliyev yanvarın 13-də Azərbaycan Prezidenti yanında keçirilən müşavirədə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, dövlət başçısı tərəfindən bank sektoruna edilən çağırışlar adekvat yanaşmanın təzahürüdür:

“Bank sekotrundakı vəziyyət milli iqtisadiyyatın başlıca problemləri kimi səciyyələndirilməlidir. Faktiki olaraq, bank sektoru özünün başlıca funksiyasından çəkilib və iqtisadiyyatın dayanıqlı inkişafına xidmət etmir. Ona görə də yaxın prespektivdə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət kəskin şəkildə dəyişdirilməlidir. Çünki uçot siyasəti vasitəsilə iqtisadiyyatın maliyyələşməsinin tənzimlənməsi çox köhnəlmiş və effekti olduqca aşağı olan siyasətdir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Bank hesablarından pullar niyə silinir?
Prezidentdən Elman Rüstəmova tapşırıq: "Sürpriz olmasın"
Yeni ilə köhnə problemlə - Bankomatlarda vəsait niyə yoxdur?
Mərkəzi Bank manatın məzənnəsi barədə açıqlama yaydı
Mərkəzi Bank inflyasiya proqnozunu endirib

Əsas mövzular