SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əhmədov: “YAP seçkilərə ciddi şəkildə hazırlaşıb”

© Sputnik / Talib BarkhudayevƏli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini
Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyir ki, dövlət başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir
Əli Əhmədov: “Ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir”

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb:

“Dövlət başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir. Hazırda ölkəmiz mühüm siyasi hadisə  - parlament seçkiləri ərəfəsindədir. Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşıb”.

Əli Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0