20:12 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İran-ABŞ gərginliyinin əhatə dairəsi genişlənə bilərmi – politoloq danışır

RADİO
Qısa URL
31 0 0

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyir ki, digər ölkələrin də bu hadisələrə cəlb edilməsi konfliktin dərinləşməsinə səbəb ola bilər

“General Qasım Süleymaninin öldürülməsi gərgin olan münasibətləri daha da gərginləşdirdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib.

Politoloq bildirib ki, İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələr də bunu sübut edir: “Bu hadisələrdən sonra müharibə poliqonuna çevrilmiş Yaxın Şərqdə vəziyyət daha da gərgin olacaq. Digər ölkələrin də bu hadisələrə cəlb edilməsi konfliktin dərinləşməsinə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ABŞ və İran arasında birbaşa hərbi əməliyyatların olacağı inandırıcı deyil”.

ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında ABŞ-ın İranla sülhə hazır olduğunu bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular