SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi ekspert seçki öncəsi vəziyyəti şərh edir

© Photo : TRENDПолитический эксперт Айдын Гулиев
Политический эксперт Айдын Гулиев - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi ekspert Aydın Quliyev deyir ki, ölkədə mövcud olan fəal siyasi partiyaların əksəriyyəti seçkilərə qatılıb
Aydın Quliyev: “Hansısa ciddi pozuntu və xoşagəlməz hallar qeydə alınmayıb”

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, parlament seçkiləri öncəsi namizədlərin qeydə alınması prosesi qaydalara uyğun aparılıb:

“Hansısa ciddi pozuntu və xoşagəlməz hallar qeydə alınmayıb. İmzatoplama mərhələsində seçkini təşkil edən təşkilatlar vəzifələrini yerinə yetirdilər. Yaxşı haldır ki, ölkədə mövcud olan siyasi partiyaların əksəriyyəti seçkilərə qatılıb. Bunun özü də seçkinin nəticələrinin çoxpartiyalı olacağını demək üçün əsaslar yaradır. Seçkinin bu mərhələsinin uğurla yekunlaşması, seçkilərin sivil və qanunauyğun keçirilməsi üçün əhəmiyyətli baza yaradır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0