Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran-ABŞ gərginliyinin neft bazarına təsiri nə qədər davam edəcək – ekspert danışır

© Photo : Facebook / natig.jafarliНатик Джафарли
Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neftin qiymətində iqtisadi parametrlər təsiredici rol oynamalıdır
Natiq Cəfərli: “Birjalar və bazarlar hazırda gözlənti halındadırlar”

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, belə hadisələrə birjalar hər zaman həssas reaksiya göstərirlər:

“Amma dünəndən başlayaraq sabitləşmə müşahidə edilir. Birjalar və bazarlar hazırda gözlənti halındadırlar. Dövlətlər müxtəlif silahlı qruplardan istifadə etməklə bir-birlərinin maraqlarına zərbə vura bilərlər. Bunlardan biri də Yəmən ərazisindən Səudiyyə Ərəbistanının neft yataqlarına hücum ehtimalının olmasıdır. Əslində neftin qiymətində iqtisadi parametrlər təsiredici rol oynamalıdır. Hazırda isə iqtisadi proseslər arxa plana keçib və siyasi hadisələr, hərbi toqquşmalar qiymətlərə təsir edən əsas amillərdir”.

Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Bu hadisədən sonra dünya bazarında xam neftin qiyməti orta hesabla 3% yüksəlmişdi.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0