Doktorantura təhsilinə maraq nə qədərdir – ekspert şərhi

Abunə olmaq
Təhsil eksperti İlqar Orucov deyir ki, artıq təhsilin bu pilləsində xanımların sayı üstünlük təşkil edir
İlqar Orucov: “Elmə gələn gənclər üçün məhdudiyyətlər olmamalıdır”

“Doktorantura pilləsində təhsilin keyfiyyətinin artırılması və obyektivliyin təmin olunması vacib məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Ekspert bildirib ki, doktorantura pilləsinə ayrılan yer sayları azdır: “Doktorantura pilləsində təhsil alma ilə bağlı nəzərəçarpan qədər dəyişikliklər var. Artıq təhsilin bu pilləsində xanımların sayı üstünlük təşkil edir. Elmə gələn gənclər üçün məhdudiyyətlər olmamalıdır”.

Qeyd edək ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2020-ci ilin yanvar ayında elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilməsi planlaşdırılır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0