21:16 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Nəsimi İli necə yadda qaldı - Qulu Ağsəs şərh edir

RADİO
Qısa URL
97 0 0

“Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs deyir ki, Nəsimi İli çərçivəsində görülən işlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyaya çatdırılması istiqamətində böyük bir addım oldu

Qulu Ağsəs: ““Nəsimi ili” çərçivəsində görülən işləri yüksək qiymətləndirirəm”

“Nəsimi İli ilə bağlı Azərbaycan Yazıçılar Birliyi bir çox uğurlu işlər gördü”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs deyib.

Əməkdar jurnalist bildirib ki, “Ulduz” jurnalı aprel sayını bütövlükdə Nəsmiyə həsr elədi: “Biz həmin sayda Nəsimi ilə bağlı tədqiqatçı alimlərin yazılarını çap etdik. Ümumilikdə görülən işlər Nəsimi yaradıcılığının təbliği baxımından əhəmiyyətlidir. Xüsusilə də görülən işlər xaricdəki araşdırmaçılar tətərfindən də maraqla qarşılandı. Bütün bu işlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyaya çatdırılması istiqamətində böyük bir addım oldu. Bu baxımdan Nəsimi İli  çərçivəsində görülən işləri yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu il Nəsimi İli elan edilib.

Qulu Ağsəsin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Nəsimi, Şəki Xan sarayı - Yola salmaqda olduğumuz ilə damğasını vuran mədəni hadisələr
Nəsimini vəsf edənləri düşərgəyə apardılar - FOTO
"Nəsimi İli"nə layiqli töhfə - millət vəkili ağacəkmə kampaniyasından danışır
Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir çözülə bilməyən sirr
Teqlər:
şair, Nəsimi

Əsas mövzular