Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Roza Cəlilova: “Əminə Dilbazi Üzeyir Hacıbəyovun yadigarıdır”

© Sputnik / Murad OrujovXalq artisti Roza Cəlilova
Xalq artisti Roza Cəlilova - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Roza Cəlilova deyir ki, Əminə Dilbazi rəqsi səhnədə yaşadıb, xalqın zövqünü oxşayıb, rəğbətini qazanıb
Roza Cəlilova: “Mənim Roza Cəlilova olmağımda Əminə xanımın rolu böyükdür”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan xoreoqrafiya məktəbinin məşhur nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə çıxış  görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilova Əmin Dilbazi ilə bağlı xatirələrini danışıb.

“Əminə Dilbazi Üzeyir Hacıbəyovun yadigarıdır. O, oynadığı bütün rəqslərə nöqtə qoyub. Əminə xanım məni görəndə dedi ki, sən ansambl üçün yaranmısan. İki il operada ballerina oldum, Əminə görəndən sonar dedim ki, mən onun rəqqasəsi olacam. Bu gün mənim Roza Cəlilova olmağımda Əminə xanımın rolu böyükdür. Mən onu görüb gəlmişəm. Əminə Dilbazinin böyük ürəyi vardı. O ürəklə rəqsi təmsil edirdi. Rəqsi səhnədə yaşadıb, xalqın zövqünü oxşayıb, rəğbətini qazanıb” – deyə Roza Cəlilova bildirib.

Xalq artistinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0