22:56 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Partiya sədri: “Yeni təfəkkürlər parlamentdə çoxluq təşkil etməlidir”

RADİO
Qısa URL
Növbədənkənar parlament seçkiləri (36)
156 0 0

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyir ki, seçkilər normal keçiriləcək, artıq ölkədə müəyyən təcrübə formalaşıb

“Demokratik İslahatlar Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

“Partiyamızın hansı formatda seçkilərdə iştirak edəcəyi yaxın müddətdə müəyyən ediləcək və bununla bağlı mediaya məlumatlar veriləcək. Düşünürəm ki, yeni təfəkkürlər parlamentdə çoxluq təşkil etməli, parlament daha çox gənclərdən ibarət olmalıdır. Ümidvaram ki, parlament ölkədə həyata keçirilən islahatlara uyğun olaraq Azərbaycanın inkişafına xidmət edəcək. Düşünürəm ki, seçkilər normal keçiriləcək, artıq ölkədə müəyyən təcrübə formalaşıb”.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 5-də "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Mövzu:
Növbədənkənar parlament seçkiləri (36)

Əsas mövzular