SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Suriya məsələsindəki son addımları şərh edir

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Suriya məsələsində Türkiyə, Rusiya və İran arasında razılığın olması müsbət haldır
Elxan Şahinoğlu: “Suriyada hakimiyyətin formalaşması məsələsi həll edilir”

Qazaxıstan paytaxtı Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya böhranı ilə bağlı 14-cü beynəlxalq görüş keçirilib. İkigünlük görüşdə zəmanətçi ölkələr - Türkiyə, Rusiya və İran arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, budəfəki görüşdə önəmli olan məsələlərdən biri Suriya konstitusiyasını müəyyənləşdirəcək komitənin fəaliyyətinin sürətləndirilməsi idi:

“Suriyada birinci mərhələ başa çatıb, ölkə, demək olar ki, terrorçulardan təmizlənib. Bununla paralel olaraq artıq Suriyada hakimiyyətin formalaşması məsələsi həll edilir. Bu məsələdə Türkiyə, Rusiya və İran arasında razılığın olması müsbət haldır. Bundan sonra önəmli olan məsələ əldə olunmuş razılıqların sürətli şəkildə yerinə yetirilməsidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0