SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq parlament seçkiləri haqqında: peşəkar kadrlara ehtiyacı var

© Sputnik / Murad OrujovПолитолог Заур Мамедов
Политолог Заур Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, parlamentin yenilənməsi təkcə gəncləşmə ilə bağlı deyil
Zaur Məmmədov: “Bu seçkilər peşəkarların özlərini təsdiq etməsi üçün şansdır”

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib. Bununla bağlı MSK-nın iclasında qərar qəbul edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, millət vəkillərin tək vəzifəsi parlamentdə oturmaq deyil, onlar mütəmadi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirməlidirlər: “Yaxşı olardı ki, regionları təmsil edən parlament üzvləri həmin regionun özündən olsunlar. Parlamentin yenilənməsi təkcə gəncləşmə ilə bağlı deyil. Yaşından asılı olmayaraq parlamentin və Nazirlər Kabinetinin peşəkar kadrlara ehtiyacı var. İllərdir ki, peşəkar və gənc kadrlar şans gözləyirdilər. Bu seçkilər onların özlərinin təsdiq etməsi üçün şansdır”.

Prezident İlham Əliyev dekabrın 5-də “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0