CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı amillər Azərbaycanda islahatların aparılmasını zəruri edir – politoloq danışır

© Sputnik / Murad Orujov"Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, bütün islahatların əsasında ölkəmizin inkişafının daha da gücləndirilməsi, suverenliyimizə olan təhdidlərin aradan qaldırılıması dayanır
Arzu Nağıyev: “Hakimiyyətin müxtəlif qollarında kadr islahatlarının aparılması lazımdır”

Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir. Bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bir neçə mərhələyə bölmək olar:

“Bunlar əsasən iqtisadi, siyasi və kadr islahatlarıdır. Bütün islahatların əsasında ölkəmizin inkişafının daha da gücləndirilməsi, suverenliyimizə olan təhdidlərin aradan qaldırılıması dayanır. Bütün bunlar son nəticədə Azərbaycan vətəndaşının rifah halının yüksəlməsinə xidmət edir. İslahatları ardıcıllığını və effektivliyini təmin etmək üçün hakimiyyətin müxtəlif qollarında kadr islahatlarının aparılması lazımdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0