SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert Lavrovun Bakı səfərinin nəticələrini şərh edir

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan-Rusiya münasibətlərin gündəliyi çoxşaxəlidir. Onun fikrincə, Lavrovun səfəri ikitərəfli münasibətlərin inkişaf perspevtivlərini daha aydın şəkildə müəyyənləşdidi.
İlqar Vəlizadə: “ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əngəllər var”

“Lavrovun Bakıya səfəri əldə olunmuş razılaşmaların institusional səviyyədə formalaşdırılması məqsədini daşıyır”. Bunu Sputnik Azərbaycan-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, bu səfər ikitərəfli münasibətlərin inkişaf perspevtivlərinin daha aydın şəkildə müəyyənləşdirilməsini ehtiva edir: “Azərbaycan-Rusiya münasibətlərin gündəliyi çoxşaxəlidir. Bizim üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya fəal şəkildə iştirak edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən idealar irəli sürüb, ancaq onların reallaşmasında əngəllər var”.

Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0