Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TAP Azərbaycanın gəlirlərini artıracaq – iqtisadçı danışır

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli layihələrin beynəlxalq əhəmiyyət daşıdığını bildirərək, qeyd edir ki, gələcəkdə başqa ölkələrində buna qoşulması mümkündür
Natiq Cəfərli: “Azərbaycanın gəlirlərinin artma ehtimalı var”

Azərbaycan qazının Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi başa çatıb. Yunanıstan KİV-nin yaydığı xəbərə görə, TAP artıq 2019-cu ilin dekabrında test rejimində işə başlayacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, TANAP və TAP həm Azərbaycan, həm də Avropa Birliyi üçün prioritet layihələrdəndir: “Bu layihələr Avropa üçün alternativ qaz mənbəyi kimi təqdim olunur. Ona görə də, bu layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilməlidir. Bu layihələr işə düşdükdən sonra Azərbaycanın valyuta gəlirlərində artım gözlənilir və bu layihədən gəlirlərin də artma ehtimalı var. Çünki gələcəkdə başqa ölkələrində layihəyə qoşulması mümkündür”.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0