16:06 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Genişmiqyaslı iğtişaşlar İranda hakimiyyəti dəyişdirə bilərmi – politoloq danışır

RADİO
Qısa URL
156 0 0

Politoloq Arzu Nağıyev deyir ki, nüvə proqramının nəticəsi olaraq tətbiq olunan sanksiyalar İranı çətin vəziyyətə salıb

Arzu Nağıyev: “İran hakimiyyəti proseslərdən lazımi nəticələri çıxarmalıdır”

“Həm dostlar və həm də düşmənlər bilsinlər ki, biz hərbi, siyasi və təhlükəsizlik sahəsində düşməni geri otuzdurmuşuq”. Bunu İranın Ali Lideri Ayətullah Əli Xameneyi ölkənin bir qrup istehsalçıları və sahibkarları ilə görüşündə son günlər yanacağın qiymətinin artımından sonra ölkədə baş verən iğtişaşlar barədə danışarkən deyib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, İranda hakimiyyətin mitinqlər vasitəsilə dəyişəcəyinə inanmaq doğru deyil: “Bu ölkənin qədim dövlətçilik ənənələri var və belə hadisələrlə hakimiyyətin dəyişəcəyi inandırıcı görünmür. İranda baş verən iğtişaşlara maraqlı dövlətlər tərəfindən dəstək olsa da, yaxın zamanda onların niyyətlərinin baş tutması real deyil. Nüvə proqramının nəticəsi olaraq tətbiq olunan sanksiyalar ölkəni çətin vəziyyətə salıb və hakim dairələr baş verən proseslərdən lazımi nəticələri çıxarmalıdırlar”.

Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular