03:12 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853

Gürcüstanda etirazların əsas səbəbi nədir - siyasi şərhçi danışır

RADİO
Qısa URL
12210

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyir ki, hazırda Gürcüstanda müxalifətin vahid cəbhədə mübarizəsi müşahidə edilir

Tbilisidə etirazçılar Gürcüstan parlamenti ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar. Barrikadalar qanunverici orqana aparan yollarda yerləşdirilib.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Sputnik Azərbaycan-a deyir ki, hazırkı iqtidar hakimiyyətə maksimalist şüarlarla gəlmişdi, amma nə demokratiya, nə cəmiyyətin konsolidasiyası, nə də ayrı-ayrı sahələr üzrə islahatlar istiqamətində hər-hansı pozitiv dəyişiklik edə bildi:

“Müxalifətin təklifləri qəbul edilsə də, reallaşdırılmayıb. Hazırda Gürcüstanda müxalifətin vahid cəbhədə mübarizəsi müşahidə edilir. Keçmiş postsovet məkanında Gürcüstan modelinin iflasa uğramasının qarşısı alınmalıdır”.

Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir.

Əsas mövzular