06:56 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Florian Zenqstşmid
© Sputnik / Murad Orujov

Azərbaycana gələn turistlərin sayını necə artırmaq olar – mütəxəssis danışır

RADİO
Qısa URL
71 0 0

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyir ki, Azərbaycanın sahib olduğu potensial imkanlar xarici qonaqlara tanıdılmalıdır

“Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm imkanlarından danışarkən bildirib.

O deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir: “UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi. Turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır. Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək”.

Florian Zenqstşmidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular