Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Siyasi ekspert: “İslahatların alternativi yoxdur”

© Photo : TRENDAydın Quliyev
Aydın Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi ekspert Aydın Quliyev deyir ki, Azərbaycanda aparılan islahatların həm iqtisadi, həm siyasi aspektdən bir-birini tamamlaması onun uğurunu təmin edir
Aydın Quliyev: “Ayrılıqda parılan islahatlar müsbət nəticə vermir”

“Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, islahatların ən böyük uğuru bir-birini tamamlamasıdır:

“Dünya praktikasındakı nəticələr göstərir ki, ayrılıqda aparılan islahatlar müsbət nəticə vermir. Belə islahatlar yarımçıq olduğuna görə iflasa məhkumdur. Azərbaycanda aparılan islahatların həm iqtisadi, həm siyasi aspektdən bir-birini tamamlaması onun uğurunu təmin edən ən böyük faktor kimi  çıxış edir. İslahatların bir-birini tamamlamasının və paralel aparılmasının alternativi yoxdur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0