“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir”. Bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Türkiyə arasında ziddiyyətlərin çoxluğu, onları bir səfərlə aradan qaldırmağı mümkünsüz edir:
“Hər iki tərəf çalışır ki, yaranmış situasiyadan maksimum itkisiz çıxsınlar. ABŞ yaxşı anlayır ki, yaxın gələcəkdə Türkiyə kimi strateji partnyoru itirə bilər. Ona görə də Türkiyəyə müxtəlif təkliflər edir. Tramp administrasiyasının belə mövqeyi olmasına baxmayaq, konqres bunun əleyhinə çıxış edir. Belə ziddiyyətlərin olması səfərin nəticələrinə təsirsiz ötüşə bilməz”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz