SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropalılar İranın nüvə məsələsini necə həll edəcək – politoloq şərhi

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Avropa ölkələri İrana siyasi vasitələrlə təzyiqin məqbul olduğunu, radikal üsullarla isə nəticə əldə edilməyəcəyini düşünürlər
Fikrət Sadıxov: “Avropa ölkələri İranla danışıqlara ABŞ-ı cəlb etməyə çalışacaqlar”

Almaniya, Fransa və Böyük Britaniyanın Xarici İşlər Nazirliklərinin başçıları İranın Fordodakı obyektdə uranın zənginləşdirilməsi haqqında bəyanatı ilə bağlı fövqəladə narahatlıqlarını ifadə ediblər. Bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Avropa ölkələri arasında İranın uranı zəngilləşdirilməsinə yanaşmada ziddiyyətlər var:

“İranın uranı zəngilləşdirməsi avropalıları narahat edir. Ancaq onlar ABŞ-dan fərqli olaraq mülayim münasibət nümayiş etdirir. Çünki Avropa ölkələri İrana siyasi vasitələrlə təzyiqin məqbul olduğunu, radikal üsullarla isə nəticə əldə edilməyəcəyini düşünürlər.  İran isə enerji əldə etmək istəyinə qərbi inandıra bilmir. Düşünürəm ki, bundan sonra da bu məsələ ilə bağlı görüşlər keçiriləcək və Avropa ölkələri İranla danışıqlara ABŞ-ı da cəlb etməyə çalışacaqlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0