Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Texniki məhsulların istehsalı niyə önəmlidir - ekspert şərhi

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq
Müslüm İbrahimov: “Bu məhsulların istehsalı inkişafa səbəb olacaq”

Ötən il pambıqçılıqda respublika göstəricisindən yüksək - 29 sentner məhsuldarlıq əldə edən cəlilabadlı fermerlər bu il də sahələrdə bol məhsul yetişdiriblər. Yığım başlanandan məntəqələrə 900 tondan çox “ağ qızıl” təhvil verilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, texniki məhsulların istehsalı kənd təssərrüfatının inkişafına səbəb olacaq:

“Bu, Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək. Texniki məhsulları istehsal edərək həm kənd təsərrüfatı, həm də sənayeni bir-biri ilə əlaqələndirmiş olacağıq. Sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq. Bu da özlüyündə xarici investitsiyaların cəlb olunmasına şərait yaradacaq. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də imkan verəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0