Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zakir Nuriyev bankların İT sahəsindəki ehtiyaclarından danışır

Abunə olmaq
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyir ki, banklar ayrı-ayrılıqda təşəbbüslərini reallaşdırırlar
Zakir Nuriyev: “Əsas dəstək, sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır”

“Hazırda bankların İT istiqamətində böyük həcmdə işçi qüvvəsinə tələbatı var”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumunda çıxışında deyib.

O bildirib ki, bu tələbat qarşılanmır: “Banklar ayrı-ayrılıqda təşəbbüslərini reallaşdırırlar. Tələbələr üçün təcrübə proqramları həyata keçirirlər. Bu prosesin mərkəzləşdirilmiş formada həlli daha məqsədəuyğundur. Bank sektorunun inkişafı üçün bu gün əsas dəstək, mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır. Digər məsələ isə bankların İT üzrə yüksək kompetensiyalarına malik kadrlarının təmini ilə bağlıdır”.

Zakir Nuriyevin fikrilərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0