05:40 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782

Ekspert “Türk axını”nın strateji əhəmiyyətindən danışır

RADİO
Qısa URL
73 0 0

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Türkiyə istəyir ki, bütün enerji layihələri bu ölkə üzərindən keçərək qərbə çatsın

Türkiyə Prezidenti Rəcəb Ərdoğan bu il “Türk axını” qaz boru kəmərinin açılışı ilə əlaqədar Rusiyaya səfər edə bilər. Bunu Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşdə Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Mehmet Samsar bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin əsas hədəfi regional enerji mərkəzinə çevrilməkdir: “Bu, Türkiyənin maraqlarına uyğun gələn strategiyadır.  Türkiyə istəyir ki, bütün enerji layihələri bu ölkə üzərindən keçərək qərbə çatsın, həmçinin “Qazprom”dan aldığı qazın bir hissəsini Avropaya özü sata bilsin. Bu isə Rusiya tərəfinə sərf etmədiyi üçün bir neçə dəfə qəti mövqe bildirilib. “Türk axını” isə Rusiyanın da strateji və iqtisadi maraqlarına uyğun layihədir”.

“Türk axını” Rusiyadan Türkiyəyə qaz kəməri çəkilməsini nəzərdə tutur. O, Anapadan Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsində Kıyıköyə, sonra Türkiyə-Yunanıstan sərhədində İpsalaya çatacaq. Qaz kəmərinin dəniz hissəsi köhnə “Cənub axını” dəhlizi ilə 660 km uzanacaq, 250 km yeni dəhlizlə Türkiyənin Avropa hissəsində olacaq. Kəmərin quru hissəsi 180 km olacaq, Türkiyənin Qara dəniz sahilindən Türkiyə-Yunanıstan sərhədinə çəkiləcək. Boru kəmərinin iki xəttinin qiyməti 6 mlrd avro qiymətləndirilir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular