09:48 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Natiq Rəsulzadə
© Sputnik / Murad Orujov

Xalq yazıçı: “Bütün böyük şəhərlərdə Nəsimiyə abidə qoyulmalıdır”

RADİO
Qısa URL
60 0 0

Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, İmadəddin Nəsiminin Moskvada heykəlinin qoyulması böyük hadisədir

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, Nəsiminin 650 illik yubileyi münasibətilə bu layihənin keçirilməsi çox gözəl təşəbbüsdür:

“Nəsimi elə böyük şairdir ki, onun heykəli nəinki Moksvada, həmçinin bütün böyük şəhərlərdə qoyulmalıdır. Nəsimi yaradıcılığı müxtəlif dillərə tərcümə olunaraq dünya xalqlarına təbliğ edilməlidir. Nəsiminin Moskvada heykəlinin qoyulması böyük hadisədir və Azərbaycanın mədəni həyatında xüsusi yeri var”.

Xatırladaq ki, prezident İlham Əliyev bu ilin yanvarın 11-də Azərbaycanda “Nəsimi İlinin” elan olunması haqqında sərəncam imzalayıb.

Xalq yazıçısının geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.

Əsas mövzular