04:46 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Rusiya və Türkiyə hərbi əməliyyatların təkrarlanmasını istəmir”

RADİO
Qısa URL
157 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Rusiya-Türkiyə əməkdaşlığı regionun təhlükəsizliyinə böyük töhfə verə bilər

İlqar Vəlizadə: “Soçi sənədi tərəflər üçün konkret məqsədləri göstərir”

Rusiya və Türkiyə hərbçiləri Ankarada Suriyaya dair birgə planları müzakirə ediblər. Bu bərədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Suriyada Türkiyə-Rusiya hərbi əməkdaşlığının əsas məqsədi bu ölkədə gərginliyin azaldılmasıdır:

“Hər iki ölkə istəyir ki, Suriyada hərbi əməliyyatlar təkrarlanmasın. Bir neçə gün əvvəl Soçidə qəbul olunmuş sənəddə də tərəflər üçün konkret məqsədlər göstərilir. Bu məqsədlər hər iki tərəf üçün prioritetdir. Təşkil ediləcək müşahidə qrupu isə Suriyadakı vəziyyətə nəzarət edəcək. Danışıqlar göstərir ki, iki ölkənin əməkdaşlığı nəticələrini verməkdədir. Ümumiyyətlə, bu əməkdaşlıq regionun təhlükəsizliyinə böyük töhfə verə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular