SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran ABŞ sanksiyalarından necə xilas ola bilər – politoloq şərhi

Abunə olmaq
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, sanksiyaların sərtləşməsi İran iqtisadiyyatına ağır zərbələr vuracaq
Vüqar Zifəroğlu: “Avropa ölkələri İran iqtisadiyyatı üçün nəsə edə bilməyəcəklər”

ABŞ-ın İranla yeni məhsul ödəmə mexanizmi Vaşinqtonun Tehrana qarşı iqtisadi terrorizmini gücləndirir. Bu fikri bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, İranın regionda təsirini artırması Qərbin, xüsusən də ABŞ-ın Yaxın Şərq siyasətinə uyğun gəlmirdi:

“Buna görə də İrana  bir neçə istiqamətdən həmlələr edilirdi. Hazırda İran iqtisadiyyatı çox zəiflədilib. Sanksiyaların sərtləşməsi İran iqtisadiyyatına ağır zərbələr vuracaq. İranın bu vəziyyətdən yeganə çıxış yolu Avropa ölkələri ilə iqtisadi münasibətlərinin bərpası idi. Hazırkı şəraitdə isə Avropa ölkələri də birbaşa İran iqtisadiyyatının dövriyyəyə daxil olması üçün nəsə edə bilməyəcəklər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0