Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda tramvayların fəaliyyətə başlaması niyə əhəmiyyətlidir – ekspert şərh edir

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, gün tramvayların bərpası ətraf mühitin mühafizəsi baxımında əhəmiyyətlidir
Azər Allahverənov: “İctimai nəqliyyat bir nəqliyyat vasitəsinin üzərində qurulmamalıdır”

Paytaxtda 80 ilə yaxın tarixi olan tramvay xətlərinin yenidən bərpası nəzərdə tutulur. Məlumatlara görə, artıq Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, tramvaylar alternativ nəqliyyat vasitəsi kimi dünyanın bir çox ölkələrində geniş istifadə olunur:

“İctimai nəqliyyat bir nəqliyyat vasitəsinin üzərində qurulmamalı, müxtəlif alternativ imkanlar yaradılmalıdır. Bu gün tramvayların bərpası ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətlidir. Tramvay həm də iqtisadi cəhətdən sərfəli nəqliyyat vasitəsi kimi qəbul edilir. Düşünürəm ki, tramvayların bərpası ilə bağlı qərar müsbət olacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0