05:34 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Çiçək Məmmədli Azərbaycanda autizmli uşaqların problemlərindən danışır

RADİO
Qısa URL
47 0 0

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli deyir ki, Azərbaycanda autizmli uşaqlar üçün təhsil yox dərəcəsindədir

Çiçək Məmmədli: “Autizmli uşaqlar təhsil imkanlarından yararlana bilmirlər”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan, Belarus və Estoniyadan olan mütəxəssislər arasında təşkil edilən videobağlantıda autizmli uşaqların cəmiyyətə inteqrasiyası müzakirə edilib.

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli deyib ki, Azərbaycanda bu sahədə qeydiyyatdan keçən ilk birlik olsalar da yer çatışmazlığı işlərinə çətinlik yaradır:

“Biz ilk birlik olduğumuza görə valideynlər bizə üz tutur. Gücümüz çatan qədər valideynlərə dəstək olmağa çalışırıq. Yerimiz kiçik olduğuna görə geniş çeşidli fəaliyyət göstərə bilmirik. Əsas problemlərdən biri təhsillə bağlıdır. Azərbaycanda autizmli uşaqlar üçün təhsil yox dərəcəsindədir. Belə uşaqlar təhsil imkanlarından yararlana bilmirlər”.

Çiçək Məmmədlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular