SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Türkiyə ilə münasibətləri normallaşdıra biləcəkmi – politoloq şərhi

© Photo : Facebook / Рамия МамедоваPolitoloq Ramiyə Məmmədova
Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyənin ABŞ-la münasibətləri başqa səpkidədir: “ABŞ-Türkiyə münasibətləri hər zaman aktuallığını qoruyacaq”
Ramiyə Məmmədova: “ABŞ-Türkiyə münasibətləri hər zaman aktuallığını qoruyacaq”

Vaşinqton Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib. Bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-ABŞ münasibətləri gərgin olsa da, onlar NATO çərçivəsində və Yaxın Şərqdə ən yaxın müttəfiqdirlər:

“Baxmayaraq ki, bu gün Türkiyə Suriyada Rusiya ilə birgə fəaliyyət göstərir, ancaq onun ABŞ-la münasibətləri başqa səpkidədir. Bu ölkələr həm də iqtisadi baxımdan ən böyük partnyordurlar. İndiki halda ABŞ-Türkiyə münasibətlərinin birdəfəlik sonlanacağını iddia etmək qətiyyən doğru deyil. ABŞ-Türkiyə münasibətləri hər zaman aktuallığını qoruyacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0