SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə vəd edir – politoloq şərhi

Abunə olmaq
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrin kifayət qədər problemləri var
İlqar Vəlizadə: “İkilistandartlara qarşı təsirli mübarizə metodlarının yaradılması əsas istəklərdəndir”

“Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib”. Bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələrin kifayət qədər problemləri var: “Soyuq müharibə dövründə bu hərəkatın hazırki üzvləri üçüncü dünya ölkələri kimi qəbul edilirdi. Hazırda isə bunu iddia etmək doğru deyil. Hərəkatda yetərincə iqtisadi və hərbi gücü olan ölkələr təmsil olunur. Burada sədrliyi həyata keçirmək Azərbaycanın xarici siyasi nüfuzunu artıracaq. Azərbaycan tərəfindən ciddi məsələlərin qaldırılacağına inanıram. Hazırda dünyada hökm sürən ikilistandartlara qarşı mübarizə, ona qarşı təsirli mübarizə metodlarının yaradılması əsas istəklərdir. Yaxın illərdə bununla bağlı uğurlu addımların atılacağına inanıram”.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrinin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Politoloqun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0