Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020 oyunları Bakıda, diqqətlər Sputnik Azərbaycan-da – idman şərhçisi danışır

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, Türkiyə komandasının oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün daha qazanclı olacaq
Sənan Şəfizadə: “Bu yarışın informasiya operatoru olmaq çox çətindir”

Sputnik Azərbaycan UEFA AVRO-2020/Bakı-nın milli informasiya operatoru təsdiq olunub. Tarixdə ilk dəfə olaraq futbol üzrə Avropa çempionatı qitənin 12 şəhərində keçiriləcək. Dörd oyun: qrup mərhələsinin üç görüşü və dörddəbir final matçı Bakıdakı stadionda olacaq.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, UEFA AVRO-2020 oyunlarının Bakıda keçirilməsi bir yuxunun reallaşmasıdır: “Bu, Azərbaycanın tarixində əhatəsi ən böyük olan idman tədbiri olacaq. Çempionat ümumilikdə 12 şəhərdə keçiriləcək və onlardan biri də Bakıdır.

Матч отборочного раунда чемпионата Европы 2020 года между сборными Азербайджана и Венгрии - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan millisi halal xaldan məhrum edildi
Bu oyunlar Azərbaycanın təbliğatı, turist axınının artması baxımından çox mühümdür. Türkiyə komandasının oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün daha qazanclı olacaq. Ölkə seçimində çətin kriteriyalar olduğu kimi, bu yarışın informasiya operatoru olmaq da çox çətindir. Düşünürəm ki, bu, Sputnik Azərbaycan üçün böyük uğurdur və fürsətdir. Sputnik Azərbaycan daha bir inkişaf mərhələsi keçə bilər”.

Sputnik onlarla ölkədə çoxfunksiyalı redaksiya mərkəzləri olan informasiya agentliyi və radiodur. Sputnik-in missiyası dünyadakı hadisələrin operativ və balanslı işıqlandırılması, auditoriyaya mühüm hadisələrə olan müxtəlif baxışlar barədə məlumat verilməsidir. Sputnik-ə 30-dan artıq dildə saytlar, multimedia mərkəzləri, analoq və rəqəmsal radioyayım, sosial şəbəkələrdə mobil tətbiqlər və səhifələr daxildir.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0