Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin ucuzlaşmasının arxasında hansı maraqlar gizlənir – ekspert şərhi

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Tramp və administrasiyası neftin qiymətinin aşağı salınması üçün addımlar atmağa çalışacaq
Natiq Cəfərli: “Neftin ucuzlaşması iki faktorla bağlıdır”

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 2 dollar aşağı salıb. EIA-nın "Oktyabr 2019" hesabatına görə, 2020-ci ildə Brent xam neftinin ortalama barel qiymətinin 60 dollar, ABŞ-ın Qərb Teksas (WTI) növü xam neftinin ortalama barel qiymətinin də 54,50 dollar olacağı nəzərdə tutulur.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, dünya bazarında neftin qiymətinin aşağı salınması əsasən iki amillə bağlıdır:

“Yaxın bir ildə ABŞ-da seçkilər keçiriləcək. ABŞ seçicilərinin ən çox reaksiya verdikləri amil benzin qiymətləridir. Yenidən prezident seçilmək istəyən Tramp və onun administrasiyası çalışacaq ki, neftin qiymətinin aşağı salınması üçün addımlar atsın. İkinci faktor xarici siyasətlə bağlıdır. ABŞ-ın əsas rəqibləri neft ölkələridir. Neftin qiymətinin düşməsi həm də ABŞ-ın rəqiblərinin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0