CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağabəy Əsgərov Putinin onu mükafatlandırmasından danışır

© Sputnik / Murad Orujov“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov deyir ki, bu onun cüzi əməyinə verilən yüksək qiymətdir
Ağabəy Əsgərov: “Rusiya prezidenti tərəfindən mükafatlandırılmaq böyük şərəfdir”

Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun “Puşkin” medalı ilə təltif olunması haqqında Fərman imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.

Mükafatlandırılması haqqında Sputnik Azərbaycan-a danışan Ağabəy Əsgərov bildirib ki, Rusiya prezidenti tərəfindən mükafatlandırılmaq onun üçün böyük şərəfdir:

“Azərbaycan-Rusiya münasibətləri davamlı şəkildə inkişaf edir. Düşünürəm ki, bu mənim cüzi əməyimə verilən yüksək qiymətdir. Buna görə  Rusiya dövlətinin rəhbərliyinə təşəkkür edirəm”.

Ağabəy Əsgərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0