05:29 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Türkiyə ABŞ-ın təhdidlərinə necə reaksiya verəcək - politoloq şərhi

RADİO
Qısa URL
118 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyənin Suriya sərhədində əməliyyat keçirməkdə məqsədi təhlükəsizlik zonası yaratmaqdır

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalına planlaşdırdığı hərbi əməliyyatlar ehtimalını nəzərdə tutaraq Tvitter hesabından rəsmi Ankaranı hədələyib. Daha əvvəl Suriyanın şimalından çəkiləcəklərini açıqlayan Tramp Türkiyənin Fəratın şərqi istiqamətində irəliləməsinə “yaşıl işıq yandırsa da”, fikrindən daşınıb.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin Suriyada əməliyyat keçirməsi gözlənilirdi:

“Türkiyə tərəfi artıq bir neçə aydır ki, bu əməliyyata hazırlaşır. Türkiyənin məqsədi sərhəddindəki PKK terrorçularını zərərsizləşdirmək və təhlükəsizlik zonası yaratmaqdır. Türkiyə təhlükəsizlik zonası yaratmaqla ölkədə yaşayan 3,5 milyonluq suriyalı qaçqının bir qismini bu əraziyə köçürmək istəyir. Suriyada mövcud olan ABŞ hərbi qüvvələri Türkiyə qüvvələrinin fəaliyyət imkanlarını məhdudlaşdırır. Trampın bəyənatlarına baxmayaraq ABŞ qoşunlarının Suriya ərazisindən çəkiləcəyini düşünmək hələ tezdir. Hadisələrin gedişatında nələrin baş verəcəyi daha aydın görünəcək”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı zamanı Suriyanın şimal-şərqindəki fəaliyyəti müvəqqəti bir tədbir adlandırıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular