SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Azərbaycan-Rusiya münasibətlərini şərh edir

© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşir
Elşad Mirbəşir - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elşad Mirbəşir deyir ki, bizim münasibətlərimiz digər dövlətlər üçün örnək olacaq səviyyədədir
Elşad Mirbəşir: “Münasibətlərimiz strateji xarakteri ilə seçilir”

Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı Valday Beynəlxalq Müzakirə Klubunun iclası ərəfəsində “Rossiya” kanalına verdiyi müsahibədə belə deyib.

Politoloq Elşad Mirbəşir Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin Valday Beynəlxalq Müzakirə Klubunda iştirakı Rusiyanın Azərbaycana və onun prezidentinə olan yüksək münasibətinin göstəricisidir:

“Azərbaycan-Rusiya münasibətləri davamlı olaraq inkişaf edir. Bu münasibətlər özünün strateji xarakteri ilə seçilir. Bizim münasibətlərimiz digər dövlətlər üçün örnək olacaq səviyyədədir. Rusiya Azərbaycanla əməkdaşlığa önəm verdiyini aydın şəkildə nümayiş etdirir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0