ABŞ İranın şərtlərini qəbul edəcəkmi - politoloq şərhi

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Vaşinqton İranı tam gücdən salana qədər sanksiya siyasətini davam etdirəcək
Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

İran Prezidenti Həsən Ruhani ABŞ-la nüvə sazişi üzrə danışıqların şərtlərini açıqlayıb. İran dövlət başçısı bildirib ki, rəsmi Tehran 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) ilə nüvə sazişi üzrə danışıqlar masası arxasında oturmağa hazırdır, lakin əvvəlcə Vaşinqton sanksiyaları aradan qaldırmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu il də ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək:

“Açıq etiraf etməliyik ki, İran nüvə silahı əldə etmək istəmir. Buna baxmayaraq ABŞ və İsrail İranı zəiflətmək istəyirlər. Çünki İranın qonşu dövlətlərə təsirləri var. İran isə düşünür ki, həmin ölkələrdəki müəyyən qruplara dəstək verməsə ABŞ və İsrail sərhəddə yerləşəcək. Tətbiq olunan sanksiyalar İranda iqtisadi və sosial sahədə çətinliklər yaradır. Vaşinqton İranı tam gücdən salana qədər bu siyasətini davam etdirəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0