CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: “Türkiyədə təhsil alanların problemi həll olunur”

Abunə olmaq
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyir ki, diplomların qarşılıqlı tanınması və universitetlərarası əlaqələrin qurulması ilə bağlı problemlərimiz vardı
Fuad Muradov: “Türkiyədə xarici tələbələrin əksəriyyəti azərbaycanlılardır”

“Türkiyə və Azərbaycanın ali məktəbləri arasında mövcud problemlər həllini tapmaqdadır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

“Türkiyədə təhsil alan xarici tələbələrin əksəriyyəti azərbaycanlılardır. Ancaq diplomların qarşılıqlı tanınması və universitetlərarası əlaqələrin qurulması ilə bağlı problemlərimiz vardı. Bunun həlli üçün xüsusi hökumətlərarası komissiyalar fəaliyyət göstərirdi. Türkiyənin Vitse-prezidenti Fuad Oktayla Azərbaycanın Baş Naziri Novruz Məmmədovun görüşü zamanı təhsil sahəsi ilə bağlı bir çox məsələlər də müzakirə olundu və fəaliyyət planı təsdiqləndi. İnşallah, yaxın gələcəkdə fəaliyyət planının icrasına başlanacaq. İstanbulda fəaliyyət göstərən Azərbaycan məktəbləri də Diasporla İş üzrə Dövlət Komitəsinin nəzarətindədir və şagirdlərinin problemlərinin həlli istiqamətində işlər görülür”.

Fuad Muradovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0