22:03 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Nadir İsrafilov
© Sputnik / Murad Orujov

Ekspert dərsliklər barədə: uzun illərdir problem olaraq qalır

RADİO
Qısa URL
77 0 0

Təhsil eksperti Nadir İsrafilov deyir ki, Təhsil Naziriliyi dərsliklərdə aşkarlanan nöqsanları araşdırır

Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, dərslik məsələsi ölkəmizdə uzun illərdir problem olaraq qalır: “Hazırda buraxılan dərsliklərin ictimai müzakirəsi keçirilir. Təhsil Naziriliyində bununla bağlı xüsusi sayt var və aşkarlanan nöqsanlar araşdırılır. Ölkəmizdə ehtiyat dərslik fondu mövcuddur. Yəni bu istiqamətdə xeyli işlər görülüb. Son illər dərsliklər sahəsində təkmilləşmə işləri aparılır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular