CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq yazışı “Nəsimi ili” bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışır

Abunə olmaq
Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, belə festivallar nə qədər çox olsa, bu, bir o qədər yaxşıdır
Natiq Rəsulzadə: “Nəsimi həmişə Azərbaycan xalqının ürəyində olacaq”

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq. İkinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, Nəsimi adına festivalın keçirilməsi çox göğzəl təşəbbüsdür: “Belə festivallar nə qədər çox olsa, bu, bir o qədər yaxşıdır. Dahi şairlərimizi dünyaya tanıtmaq lazımdır. Bu bizim ədəbiyyatın və ədəbiyyatçıların məqsədidir. Göstərmək laızmdır ki, Şərqdə də Şekspirdən, Dekartedən, Hötedən yüksəkdə dayanan dahi şairlərimiz, filosoflarımız var. Nəsiminin rübailəri Azərbaycan xalq yaradıcılığındakı bayatılara yaxındır. Ona görə də, Nəsimi həmişə Azərbaycan xalqının ürəyində olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Xalq yazıçısının geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0